Bu da Adnanın lüks avtomobil kolleksiyası - FOTO

SOCAR-ın İnvestisiya departamenti rəhbərinin sabiq müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə məxsus olduğu iddia edilən Dubaydakı lüks avtomobillərin fotoları yayılıb.

meqale.com xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə gündəm olub və müzakirə yaradıb.

Paylaşılan görüntülərdə bir neçə bahalı avtomobil, o cümlədən "Lamborcini", "Rolls-Roys" və "Mersedes G-Class" kimi markalar yer alıb.

İddialara görə, avtomobillərin dövlət nömrə nişanları (5455) öz telefon nömrəsinə uyğun seçilib və avtomobilləri gizlətmək üçün İlham Qədimov adına rəsmiləşdirib.