Bu ərazidə evlər ucuzlaşdı - SƏBƏB

Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti kəskin enib.

Bu ərazidə evlər ucuzlaşdı - SƏBƏB
Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti kəskin enib.

meqale.com xəbər verir ki, bu, əsasən Xırdalan, Masazır və Binədə daha qabarıq şəkildə müşahidə olunur.

Zabrat qəsəbəsində, Kürdəxanı və Pirşağı kəndlərində də həyət evlərinin qiymətində eyni hal yaşanır.

Sözügedən ərazilərdə ikimərtəbəli, 5 otaqlı, tam təmirli, ən əsası isə əşyalı mənzillər 80-90 min manata satışa çıxarılır. Bəzən qiymət 55-60 min manat həddində olur.

Bəs, qiymətlərdə olan bu enmə nə ilə bağlıdır?

Mövzu ilə bağlı meqale.com-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Bakıətrafı qəsəbələrdə qiymətlərin enməsinin əsas səbəblərindən biri insanların alıcılıq qabiliyyətinin zəifləməsidir.

Ekspert izah edib ki, bu ərazilərdə ev alanların əksəriyyəti kirayə və ya yatırım məqsədilə deyil, ailə qurduqdan sonra yaşamaq üçün mənzil axtaran real alıcılardır:

"Hazırda həmin təbəqənin də alıcılıq gücü aşağı düşdüyü üçün mənzil bazarında durğunluq yarana bilər. Bu durğunluq nəticəsində evini satmaq istəyənlər qiymətləri endirərək alıcı cəlb etməyə çalışacaqlar".