Bu ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
20:09 Paytaxtın Xətai rayonunun Cavanşir küçəsində siyirtmənin quraşdırılması ilə əlaqədar 29.09.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.
meqale.com xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, həmin müddət ərzində rayonun Cavanşir, Sadıqcan, 8 Noyabr küçəsinin bir hissəsində, həmçinin Zığ yolu, Əbilov və Kombinat küçələrinin qaz təchizatında fasilə yaranacaq.
------------ 09:40 "Alatava" QPS-dən qidalanan "Mikrorayon" 500 mm-lik orta təzyiqli qaz kəməri üzərində atıcı klapanın quraşdırılması, həmçinin "Duvannı" QPS-də qəbul qaz xəttində istismara yararsız siyirtmənin dəyişdirilməsi işləri ilə əlaqədar, 26.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək "Mikrorayon" ölçü qovşağından və "Duvannı" QPS-dən qaz təchizatı dayandırılacaq.
"Azəriqaz"dan verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun Asif Məhərrəmov, Mircəlal, 20 Yanvar, H.Seyidzadə, H.Əliyev, Rəşid Məmmədov küçələrində, Moskva prospektində, eləcə də Qaradağ rayonunun Qobustan qəsəbəsində və Yasamal rayonunda yerləşən "Main" MTK-nın qaz təchizatında fasilə yaranacaq.