Bu gündən “Marqara” keçid məntəqəsində Ermənistan hərbçiləri xidmət aparacaq

Bu gündən etibarən Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən "Marqara" keçid məntəqəsində Ermənistan sərhədçiləri xidmət aparacaq.

meqale.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan məlumat yayıb.

Ermənistanla Türkiyə arasında dövlət sərhədinin bağlanması səbəbindən "Marqara" keçid məntəqəsi fəaliyyət göstərmir.

2022-ci ilin yayında Ermənistan Respublikası hökumətinin qərarı ilə keçid məntəqəsi təmir olunub və orada Rusiya Federasiyası Sərhəd Qoşunlarının bölmələrinin daimi xidməti başlayıb.