Bu ölkənin baş naziri 9 may paradda iştirak etməyəcək
Hindistanın Baş naziri Narendra Modi bu il mayın 9-da Moskvada baş tutacaq hərbi paradda iştirak etməyəcək.
meqale.com xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov xəbər verib.
Peskov bildirib ki, Hindistanın hökumət başçısının mayın 9-da Rusiyaya səfəri nəzərdə tutulmur.
Bununla yanaşı, o, əlavə edib ki, Hindistan həmin tədbirdə başqa səviyyəli nümayəndə ilə iştirak edəcək.