Çağatay bu ölkənin vətəndaşlığını aldı
Kanal D-də yayımlanan "Eşref Rüya" serialının ulduzu Çağatay Ulusoy haqqında bu gün yayılan bir xəbər magazin gündəmini zəbt edib.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktyorun ikili vətəndaşlıq əldə etdiyi xəbəri, rəsmi prosedurlar zamanı çəkilmiş bir fotoşəklin sosial mediada paylaşılması ilə ortaya çıxıb.
Uğurlu aktyor Çağatay Ulusoy, Bolqarıstan vətəndaşlığı alaraq ikili vətəndaş olub.
Ulusoyun ata tərəfdən Bolqarıstan köçkünü olduğu bilinir.