Cavanşir Məmmədov və xanımı Lalə Azərtaşdan nə istəyib?
"Cavanşir Məmmədov və qızı Xatirə mövzunun yığışdırılmasını istədilər. Razılaşmadım. Nəvəsini araya qatdılar ki, ailə qurmağa hazırlaşır, psixologiyası pozulur. Qərara aldım ki, qızı və nəvəsinin adı yığışdıralacaq. Olduğumuz otaqda səs və video yazı olacaq. Nəzərə alsaq ki, Əməkdar artistdir, toya hazırlaşırsınız...".
meqale.com axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində deyib. O, Əməkdar artist Cavanşir Məmmədov və qızı Xatirənin sevgilisi olduğunu iddia edən Türkiyə vətəndaşı Kemal Mustafa arasındakı qalmaqaldan danışıb. Aparıcı bildirib ki, müğənni məsələni bağlamaq üçün ona tapşırıq verib:
"Gəlir cinayətkar, dələduz deyir. Göstər mənə harada yazılıb? Mənə deyir ki, sənin dövlətin filankəslərə Xalq artisti adı verir, mənə yox. Ona deyirəm ki, sən bu dövlətin vətəndaşı deyilsən? Əməkdar artist olmağını da bu ölkəyə borclusan.
Məsələnin uzanmasına səbəb Cavanşir Məmmədovun atdığı səs yazılarıdır. Bu gün isə Mustafa yalan dedektoruna bağlanacaq və cavablar sabah açıqlanacaq".