Çəkisi 37 kiloqrama düşən Nihal Candanın son halı - FOTO
Dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə həbs olunan Nihal Candan, həbsxanada 37 kiloqrama qədər arıqladığı üçün azadlığa buraxılmışdı. Onun son görüntüsü böyük diqqət çəkib.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nihal və Bahar Candan bacıları 2023-cü ilin noyabr ayında dələduzluq və çirkli pulların yuyulması ilə bağlı cinayət işi çərçivəsində həbs olunmuşdular.
Təxminən 6 ay həbsdə qalan bacılardan əvvəlcə Bahar Candan azadlığa buraxıldı.