"Çelsi" Rubeni “Milan”a satdı, yeni hücumçu aldı

"Milan" heyətinə yeni futbolçu cəlb edib.

"Milan" heyətinə yeni futbolçu cəlb edib.

meqale.com fanat.az-a istinadən bildirir ki, A Seriyası təmsilçisi "Çelsi"dən Ruben Loftus-Çiki transfer edib.

İtaliya klubu 27 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə imzaladığını açıqlayıb. "Milan" bu keçidə görə 16 milyon avro ödəyib.

Ruben "Çelsi"nin yetirməsidir. O, London klubu ilə Premyer Liqa, Avropa Liqası və UEFA Super Kubokunu qazanıb.