Cənubi Koreyada helikopter qəzaya uğradı
Cənubi Koreyanın Tequ şəhəri ətrafında meşə yanğınının söndürülməsi zamanı helikopter qəzaya uğrayıb.
meqale.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində pilot həlak olub. İlkin məlumata görə, göyərtədə yalnız bir nəfər olub.