Ceyhunun biznesi bağlandı
Cin ləqəbli müğənni Ceyhun Zeynalovun biznesi bağlanıb.
meqale.com xəbər verir ki, sənətçi bildirib ki, qəhvə məkanı açıb, amma bir müddət sonra bağlamalı olub:
"İstədim ki, Hövsanda qəhvə yeri olsun, dostlarla oturub dincələk. Bir növ eksperiment etdim, amma dayandırdım. İki il çalışdı, istədiyimi ala bilmədim. Məkan balaca idi, Allah maddiyat yetirsin istədiyim kimi edim. İşdən soyudum, heç nə də itirmədim".