Çində faciə - 22 ölü var - VİDEO - FOTO

Çinin şimal-şərqində yerləşən Liaonin əyalətində yerləşən restoranda yanğın baş verib.

Çində faciə -  22 ölü var - VİDEO - FOTO
Çinin şimal-şərqində yerləşən Liaonin əyalətində yerləşən restoranda yanğın baş verib.

meqale.com xəbər verir ki, CCTV-nin məlumatına əsasən, yanğın aprelin 28-də qeydə alınıb.

Rəsmi məlumatlara görə, hadisə nəticəsində azı 22 nəfər həyatını itirib, 3 nəfər isə xəsarət alıb.

Hadisə yerinə cəlb olunan fövqəladə halların idarə olunması qüvvələri yanğını nəzarət altına alıblar. Yaralılar xəstəxanalara çatdırılıb və onların müalicəsi davam edir.

Yanğının çıxma səbəbi hələlik məlum deyil.