Çindəki amerikalı məmurlara qadağa - eşq yaşamaq olmaz
ABŞ hökuməti Çində çalışan dövlət qulluqçularına, onların ailə üzvlərinə və məxfi məlumatlara icazəsi olan podratçılara Çin vətəndaşları ilə romantik münasibət qurmağı qadağan edib.
meqale.com bu barədə "Associated Press"ə istinadən xəbər verir.
Məlumata görə, qadağanı ABŞ-nin Pekindəki səfiri Nikolas Börns tətbiq edib.
"Yeni siyasət ABŞ-nin Çindəki diplomatik nümayəndəliklərinə, o cümlədən Pekindəki səfirliyə, həmçinin Quançou, Şanxay, Şenyan, Uhan və Honkonqdakı konsulluqlarına aiddir. Qadağalar Birləşmiş Ştatların Çindən kənarda yerləşən personalına şamil edilməyəcək", - deyə məlumatda bildirilir.