Çiyninə tatu etdirən jurnalist tənqid atəşinə tutuldu - FOTO

Taylandda əcnəbi qadın qoluna Budda tatusu etdirdiyi üçün tənqid atəşinə tutulub.

Çiyninə tatu etdirən jurnalist tənqid atəşinə tutuldu - FOTO
Taylandda əcnəbi qadın qoluna Budda tatusu etdirdiyi üçün tənqid atəşinə tutulub.

meqale.com xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib.

Britaniyalı jurnalist Emili Şriçala "TikTok"da video yayımlayaraq taylandlılardan onun sol qolundakı Budda döyməsi ilə bağlı fikirlərini bildirmələrini xahiş edib.

Jurnalistin sözlərinə görə, bir neçə gün əvvəl naməlum şəxs bu döyməyə görə onu cinayət məsuliyyətinə cəlb etməklə hədələyib.

Qəzəbli taylandlıların da fikrincə, bu cür tatu dinə hörmətsizlikdir. Onlar qadını döyməni sildirməyə və onun göründüyü bütün şəkilləri də "Instagram"dan silməyə çağırıblar.