Daha bir ölkə Rusiyaya qarşı sanksiyaları artırdı
İsveçrə hakimiyyəti Avropa İttifaqının oxşar qərarından sonra Rusiyaya qarşı sanksiyaları genişləndirmək qərarına gəlib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının saytında məlumat verilib.
"Sanksiya məsələlərində səlahiyyətli Federal İqtisadiyyat, Təhsil və Araşdırma Departamenti (DEFR) Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib. Beləliklə, İsveçrə Aİ-nin qəbul etdiyi düzəlişləri qəbul edib. Tədbirlər 4 mart 2025-ci ildə qüvvəyə minəcək", - məlumatda deyilir.