Daha bir tanınmış xərçəngdən öldü

Avstraliyanın məşhur rok qrupu "Hoodoo Gurus"un ilk üzvlərindən biri və tanınmış barabançısı Ceyms Beyker 71 yaşında vəfat edib.

Daha bir tanınmış xərçəngdən öldü
Avstraliyanın məşhur rok qrupu "Hoodoo Gurus"un ilk üzvlərindən biri və tanınmış barabançısı Ceyms Beyker 71 yaşında vəfat edib.

meqale.com dailymail-ə istinadla xəbər verir ki, bu barədə qrupun üzvləri açıqlama yayıblar. Ona ötən il qaraciyər xərçəngi diaqnozu qoyulmuşdu.

Beyker 1981-ci ildə qrupa qoşulub və onların ilk "Stoneage Romeos" albomunda çıxış edib. O, qrupun "Leilani" adlı ilk sinqlını birgə yazıb və 1983-cü ildə səslənən "My Girl" mahnısında ifa edib.

Beyker 1984-cü ildə Hoodoo Gurus-dan ayrılıb, Avstraliyanın "Beasts of Bourbon" və "The Scientists" kimi digər məşhur qruplarında da çıxış edib.