Daha bir təyyarə qəzası - ölən var - FOTO

ABŞ-ın Nyu-York ştatında altı nəfərin olduğu yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Daha bir təyyarə qəzası - ölən var - FOTO
ABŞ-ın Nyu-York ştatında altı nəfərin olduğu yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

meqale.com xəbər verir ki, hadisə nəticəsində azı bir nəfər həyatını itirib.

Məlumata əsasən, Mitsubishi MU-2B tipli təyyarə Nyu-York ştatının mərkəzindən 80 km cənubda tarlaya düşüb.

Qəzanın səbəbləri və təyyarədəki digər şəxslərin sağlamlıq vəziyyəti barədə hələlik rəsmi məlumat verilməyib.

Yerli hakimiyyət orqanları ərazidə torpağın palçıqla örtüldüyünü və bunun təyyarəyə çıxışı çətinləşdirdiyini bildiriblər.

Qeyd edək ki, bu, həftə ərzində Nyu-York ştatında baş verən ikinci aviasiya qəzasıdır.