Dəhşətli qəzada ölənlərin ikisi qardaşdır - ADLAR
Xəbər verdiyimiz kimi, Biləsuvarda "Lexus" markalı minik avtomobilinin idarəetmədən çıxaraq kanala aşması nəticəsində 5 nəfər ölüb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin kimliyi məlum olub.
Belə ki, qəza zamanı sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli, 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə hadisə yerində, 2003-cü il təvəllüdlü sürücü Vasif Həsənli isə aparıldığı xəstəxanada vəfat edib.