Dollar yeni təhlükə ilə ÜZ-ÜZƏ
ABŞ dolları onilliklər ərzində əsas təhlükəsiz sığınacaq aktivi olub, lakin Prezident Donald Trampın xaotik siyasəti və onun bütün dünya ilə ticarət müharibəsinə başlaması avronun bu rolda ABŞ valyutasını sıxışdırmağa başlamasına gətirib çıxarıb.
meqale.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat verib.
Qeyd olunur ki, ABŞ dövlət istiqrazları üzrə gəlirliliyin artması və dolların ucuzlaşması fonunda investorlar pullarını avroya köçürməyə başlayıblar.