Dünyanın ən böyük məscidləri - FOTOlar

İslam dinin əsas simvollarından biri ibadət evləri -məscidlərdir. Tarixən öz ehtişamı, memarlıq ustalığı və ziyarətçi tutumu ilə seçilən bir sıra böyük məscidlər inşa olunub.

Dünyanın ən böyük məscidləri - FOTOlar
İslam dinin əsas simvollarından biri ibadət evləri -məscidlərdir. Tarixən öz ehtişamı, memarlıq ustalığı və ziyarətçi tutumu ilə seçilən bir sıra böyük məscidlər inşa olunub.

meqale.com dünyanın ən böyük məscidlərinin ilk "beşliyi"ni təqdim edir.

1. Dünyanın ən böyük məscidi Məkkədə yerləşən Qapalı məscid yaxud Məscid Əl-Haram kompleksidir. Məscid 4 milyona qədər zəvvarı qəbul etmək imkanına malikdir. Qapalı məscidin həyətində İslam aləminin ən müqəddəs qibləgahı olan Kəbə daşı yerləşir. Məscid 638-ci ildə inşa olunub.

2. Dünyada ən böyük ikinci məscid kompleksi isə yenə Səudiyyə Ərəbistanının digər müqəddəs şəhəri Mədinədə yerləşən Peyğəmbər məscidi, yaxud Məscid-Əl Nabavi kompleksidir. Burada 1 milyon zəvvar eyni zamanda dini ayinlərini icra edə bilər. Bu məscid isə eramızın 622-ci ilində peyğəmbərin Mədinədəki evinin yaxınlığında inşa olunub. Yaşıl rəngə çalan 11 minarəsinin hər biri 108 metr uzunluğundadır.

3. İslam aləminin ən böyük üçüncü dini ibadətgahı İmam Rza məscididir. Yeddinci şiə imamı Rzanın vəfat etdiyi yerdə inşa edilən məscid 700 mindən artıq insanı qəbul edə bilər. Məscid 818-ci ildə Məşhəd şəhərində tikilib.

4. İndoneziyadakı Müstəqillik Məscidi isə ən böyük növbəti İslam məbədidir. Prezident Sukarnonun iştirakı ilə tikintisi başlayan məscid 17 ilə inşa edilib. Məscid 1978-ci ildə diktator Suxarto tərəfindən təntənəli şəkildə açılıb. Burada eyni vaxtda 150 mindən artıq insan yerləşə bilər.