Əhaliyə xəbərdarlıq: pik həddə olacaq
"Space Weather Live" icmalı, 2025-ci ilin ortalarında maqnit qasırğalarının pik nöqtəsinin olacağını deyir. O vaxta qədər günəş ləkələrinin yaranması və radiasiya səviyyələrində artım olacaq.
meqale.comxəbər verir ki, 2022-ci ildə də günəş partlayışlarının sayı artıb. Məsələn, 2021-ci ildə onların sayı 400-dən çox idisə, 2022-ci ildə bu rəqəm artıq 2000-i keçib.
Əgər planeti günəş şüalarından qoruyan maqnit sahəsi olmasaydı, bu cür hadisələr Yer üçün güclü mənfi nəticələr verə bilərdi.
Bununla belə, ABŞ Geoloji Xidmətinin məlumatına görə, bu cür fəaliyyət maqnit qasırğalarının sayının artmasına səbəb ola bilər və elektrik şəbəkələrinin, dəqiq elektronika və rabitə sistemlərinin işinə təsir göstərə bilər.
Maqnit qasırğaları zamanı hava şəraitindən asılı olan insanların rifahı da pisləşə bilər. Bir çox insanlar şiddətli baş ağrısı, miqren, yüksək təzyiq və yorğunluqdan şikayət edirlər. Sağlamlıq problemləri isə məhz maqnit qasırğaları zamanı başlayır.