Əlcəzair Fransa ilə əlaqələri kəsdi

Əlcəzair Xalq Şurası (parlamentin yuxarı palatası) çərşənbə günü Fransanın Senatı ilə əlaqələrin dərhal dayandırıldığını elan edib.

Əlcəzair Fransa ilə əlaqələri kəsdi
Əlcəzair Xalq Şurası (parlamentin yuxarı palatası) çərşənbə günü Fransanın Senatı ilə əlaqələrin dərhal dayandırıldığını elan edib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Algerie360" məlumat yayıb.

Bildirilib ki, qərar bu həftə Fransa Senatının sədri Jerar Larşenin Mərakeş iqtidarının nəzarətində olan Sahara şəhəri Əl-Ayuna səfərinə cavab olaraq qəbul edilib.

"Əlcəzair onilliklər boyu Sahara xalqının öz müqəddəratını təyinetmə və müstəqillik hüququnu dəstəkləyir və Mərakeşin Qərbi Sahara üzərindəki nəzarətini işğal kimi qiymətləndirərək rədd edir", - məlumatda deyilir.