Ərdoğan: İsrail – Fələstin məsələsində yeganə optimal yol...
İsrail - Fələstin məsələsində yeganə optimal yol iki dövlətli həlldir.
meqale.com report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumu çərçivəsində Fələstinin baş naziri və xarici işlər naziri Muhammet Mustafa ilə görüşündə deyib.
O, bildirib ki, Türkiyə həm İsrailin Qəzza başda olmaqla Fələstinə hücumlarını dayandırmaq, həm də daimi atəşkəsi təmin etmək üçün səylərini davam etdirəcək.