Ərdoğanın Zelenskiylə görüşü başladı
Ankarada Türkiyə və Ukrayna Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında görüş başlayıb.
"meqale.com" xəbər verir ki, bu barədə məlumatı "Habertürk" yayıb.
İkitərəfli münasibətlər və Rusiya-Ukrayna müharibəsinin müzakirə ediləcəyi görüşün nəticələrinə dair mətbuat konfransının keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, iki ölkə lideri mətbuata açıqlamalar verəcək.