Erməni əsilli polis barda dava saldı - VİDEO

Fevralın 1-də Bataysk şəhərinin Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsini icra edən Vissarion Tonoyan qardaşı və bir xanımla Rostovdakı ICON klubunda istirahət edərkən sərxoş vəziyyətdə dava salıb.

meqale.com axar.az-a istinadən bildirir ki, Tonoyan barmenin başını butulka ilə vurmaqla hədələyib və administrator münaqişəni həll etmək istəyəndə, polis bardakı içkiləri onun üzərinə atıb.

Hazırda sözügedən klubun sahibi təhdid edildiyini bildirir:

"Öz həyatım üçün, sevdiklərimin həyatı üçün çox qorxuram. Bütün işçilərim kimi. Çünki təhdidlər realdır".

O, bu günə kimi heç bir cinayət işinin açılmadığını deyib.