Erməni karateçidən Azərbaycan idmançısına qarşı NÖVBƏTİ TƏXRİBAT - VİDEO

Batumidə (Gürcüstan) keçirilən karate üzrə çempionatda Ermənistan təmsilçisi növbəti dəfə qeyri-peşəkarlığını nümayiş etdirib.

Erməni karateçidən Azərbaycan idmançısına qarşı NÖVBƏTİ TƏXRİBAT - VİDEO
Batumidə (Gürcüstan) keçirilən karate üzrə çempionatda Ermənistan təmsilçisi növbəti dəfə qeyri-peşəkarlığını nümayiş etdirib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, azərbaycanlı karateçi Alika Semixovaya məğlub olması ilə barışa bilməyən erməni idmançı əl sıxmağa cavab olaraq təmsilçimizə zərbə endirib.

Bu, erməni "idmançılarının" nümayiş etdirdiyi ilk təxribatçı davranış deyil. Dırnaq arası idmançı olmasının səbəbi isə odur ki, əsl idmançılar özlərini belə aparmırlar. Görünür, bu, Ermənistanda həyatın bütün sahələrini bürümüş xroniki xəstəlikdir - həm siyasətdə, həm də idmanda məğlubiyyətlə barışmamaq.