Ermənistanda "zapravka"da partlayış - yaralananlar var
Ermənistanın Ararat vilayətinin Ayqavan kəndində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Partlayış nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.
İlkin məlumata görə, içərisində maye qaz olan çən partlayıb.