Əsədin atasının məzarından qalıqlarını çıxardılar - VİDEO

Naməlum şəxslər Suriyanın keçmiş prezidenti Hafiz Əsədin Latakiya əyalətinin Qardaha şəhərində məzarından qalıqlarını çıxarıblar.

Əsədin atasının məzarından qalıqlarını çıxardılar - VİDEO
Naməlum şəxslər Suriyanın keçmiş prezidenti Hafiz Əsədin Latakiya əyalətinin Qardaha şəhərində məzarından qalıqlarını çıxarıblar.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.

"Bazar ertəsi sosial şəbəkələrdə fəallar keçmiş prezident Hafiz Əsədin məzarının eksqumasiyasını əks etdirən fotoşəkillər və videolar yayıblar", - məlumatda deyilir.

Telekanalın qeyd etdiyi kimi, yayımlanan videogörüntülərdə məzarın təhqir edilməsini Latakiyada fəaliyyət göstərən silahlı qruplaşmaların üzvü olan hərbi geyimli şəxslər həyata keçirir.