Evindəki 400 min dolları necə oğurladılar? - ABŞ-də görünməyən Bitcoin oğurluğu
Bütün zamanların ən böyük kriptovalyuta oğurluğunun həcmi 3,4 milyard dolları əhatə edir və bu hadisə ABŞ-də baş verib.
meqale.com BakuTv-yə istinadən xəbər verir ki, 13 mart 2019-cu ildə 911 xidmətinə maraqlı bir şikayət daxil olub.
Belə ki, Cimmi Conq adlı şəxs evinin qarət olunduğu və təxminən 400 min dolların oğurlandığı haqda polisə məlumat verib. Cimminin yaşadığı Corciya ştatının Atlas şəhərində əsasən tələbələr qalırlar.
Burada Corciya Universiteti yerləşir və bu şəhərdə hələ elə bir oğurluq hadisəsi baş verməyib.