Evini girov qoyanlar DİQQƏT: Əmlak məhkəməsiz əlinizdən alına bilər

Son illər kredit borclarını ödəməkdə çətinlik çəkən vətəndaşların sayı artdıqca, bankların və kredit təşkilatlarının tətbiq etdiyi mexanizmlər də daha çox müzakirə olunur. Xüsusilə, borcun ödənilməməsi halında girovda olan əmlakın məhkəməyə getmədən əlindən alınması bir çox insan üçün gözlənilməz və narahatlıq doğuran prosesə çevrilir.

meqale.com xəbər verir ki,məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, əgər borcunuzu vaxtında ödəyə bilmirsinizsə, banka girov qoyduğunuz əmlak məhkəmə qərarı olmadan da əlinizdən çıxa bilər. Borc gecikdiyi halda kreditor notariusa müraciət etməklə icra qeydi ala və onu icra məmuruna təqdim edib prosesi sürətləndirə bilər.

Ekspert bildirir ki, banklar və kredit təşkilatları "İcra haqqında" Qanunun onlara verdiyi bu imkandan çox vaxt sui-istifadə edirlər. Notarius isə icra qeydi yalnız təqdim edilən sənədlərin borcun mübahisəsiz olduğunu təsdiqlədiyi hallarda aparılmalıdır:

"Qanuna əsasən, kreditor icra qeydi üçün notariata müraciət etməzdən ən azı 20 gün əvvəl borcluya sifarişli məktubla xəbərdarlıq göndərməlidir. Bildirişdə qeyd olunmalıdır ki, tələb yerinə yetirilməzsə, icra qeydi veriləcək. Əgər borclu bu müddət ərzində etiraz etmirsə, kreditor notariusa müraciət edir və icra qeydi alındıqdan sonra icra məmuru prosesi icra etməyə başlayır".

Qeyd edək ki, əgər borclu icra qeydi barədə bildiriş aldıqdan sonra bununla razılaşmırsa, o, qarşı tərəfi məhkəməyə verərək qərardan şikayət edə bilər.