Fransa bu göstəricidə Almaniyanı qabaqladı

Almaniya uzun illərdən sonra ilk dəfə sığınacaqla bağlı müraciətlərin sayına görə Avropa İttifaqı ölkələri siyahısında liderliyini itirib.

Fransa bu göstəricidə Almaniyanı qabaqladı
Almaniya uzun illərdən sonra ilk dəfə sığınacaqla bağlı müraciətlərin sayına görə Avropa İttifaqı ölkələri siyahısında liderliyini itirib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hesabata əsasən, 2025-ci ilin birinci rübündə 2024-cü ilin eyni dövrü ilə müqayisədə Almaniyaya sığınacaq almaq üçün müraciətlərin sayı kəskin azalıb.

Avropa İttifaqında bu sahədə Fransa birinci  (40 871), İspaniya (39 318) ikinci yerdə qərarlaşıb. Almaniya (37 387) isə artıq üçüncü yerdədir. 

Ən az müraciət Macarıstan (22 müraciət) və Slovakiyada (37 müraciət) qeydə alınıb.

Ən çox sığınacaq axtaranlar Venesuela, Əfqanıstan və Suriya vətəndaşlarıdır.