Fransa Suriyanı raketlərlə vurdu

Fransa Suriyada İŞİD terror təşkilatının obyektlərinə raket zərbələri endirib.

Fransa Suriyanı raketlərlə vurdu
Fransa Suriyada İŞİD terror təşkilatının obyektlərinə raket zərbələri endirib.

meqale.com bildirir ki, bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastiyen Lekornu məlumat verib.

Nazir X-də yazıb: "Bazar günü Fransa Hərbi Hava Qüvvələri Suriya ərazisində yerləşən İŞİD-in obyektlərinə zərbələr endirib".

Fransanın hava hücumu ABŞ-ın Suriyada iki İŞİD yaraqlısını öldürdüyünü bildirdiyi oxşar tədbirdən sonra həyata keçirilib. /Teleqraf.com