Fransızlar seçkinin nəticəsindən narazıdır

Fransalıların əksəriyyəti Prezident Emmanuel Makronun Milli Assambleyanın (parlamentin aşağı palatası) buraxılması qərarını bəyənmir və növbədənkənar parlament seçkilərinin nəticələrindən narazıdır.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Elabe" sosial xidmətinin sorğusunun nəticələrindən bəlli olub.

Belə ki, min respondentin 71 %-i səsvermənin nəticəsini mənfi, 32 %-i isə son dərəcə mənfi qiymətləndirir. Analitiklərin 30 iyun seçkiləri ərəfəsində və ondan sonra mandatların əksəriyyətinə sahib olacağını proqnozlaşdırdıqları sağçı Milli Birlik partiyasının seçiciləri (94 %) seçkilərin nəticələrindən ən çox narazı olanlardır.