Gecəyarı qız başqa evə gedib ər-arvadın yatağına girdi

Novosibirskdə qız başqasının mənzilinə soxulub və ev sahibləri ilə çarpayıda yatıb.

Gecəyarı qız başqa evə gedib ər-arvadın yatağına girdi
Novosibirskdə qız başqasının mənzilinə soxulub və ev sahibləri ilə çarpayıda yatıb.

meqale.com lente istinadən bildirir ki, ev sahibəsinin sözlərinə görə, iyulun 3-dən 4-nə keçən gecə mənzilə sərxoş vəziyyətdə tanımadığı şəxs daxil olub. Evə daxil olan qız əvvəlcə tualetdən istifadə edib, sonra isə ev sahibəsinin əri ilə yatdığı çarpayıya girib.

Çağırılmamış qonaq yalnız şort və köynək geyinib və ayaqqabı olmayıb. Mənzil sahibləri qızı dərhal evdən qovsalar da, o, növbəti 30 dəqiqə ərzində unudulmuş əşyaları ona qaytarmağı və bağlı qapını açmağı xahiş edib.

Sonradan məlum olub ki, qız mənzilə ailənin bağlamağı unutduğu giriş qapısından daxil olub. Qız da öz növbəsində hadisəyə görə üzr istəyib və sərxoş olduğunu etiraf edib.