Gürcüstan DTX Tbilisidə külli miqdarda silah-sursat aşkarlayıb
Gürcüstanda külli miqdarda odlu silah, hərbi sursatlar və detonatorlu partlayıcı maddələr aşkarlanıb.
meqale.com xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.
Qeyd olunub ki, silah-sursat və partlayıcı maddələri Ukraynada olan hərbi hissələrdən birinin gürcü nümayəndəsinin tapşırığı ilə B.Ç. adlı Gürcüstan vətəndaşı alıb.