Gürcüstan işıqsız qaldı - FOTO
Gürcüstanda genişmiqyaslı elektrik kəsintisi baş verib.
meqale.com xəbər verir ki, 8 aprel 2025-ci ildə Gürcüstanın bir neçə iri şəhərində - Tbilisi, Batumi, Kutaisi, Poti və Rustavidə elektrik enerjisinin verilişi dayandırılıb.
Enerji təchizatındakı bu genişmiqyaslı fasilənin səbəbləri hələlik açıqlanmayıb. Hadisə nəticəsində bir çox infrastruktur obyektləri generatorlara qoşularaq fəaliyyətini davam etdirməyə məcbur qalıb.
Hazırda araşdırmalar aparılır və kəsintinin dəqiq səbəbi müəyyənləşdirilməyə çalışılır.