Haaqadakı Belarus səfirliyinə hücum edildi

Belarusun Niderlanddakı səfirliyinin binası üzərində ölkə prezidenti Aleksandr Lukaşenkoya həsr olunmuş yazılar peyda olub.

Haaqadakı Belarus səfirliyinə hücum edildi
Belarusun Niderlanddakı səfirliyinin binası üzərində ölkə prezidenti Aleksandr Lukaşenkoya həsr olunmuş yazılar peyda olub.

meqale.com oxuya istinadən xəbər verir ki, iyulun 2-nə keçən gecə diplomatik təmsilçiliyə hücum baş verib.

Məlumata görə, Haaqadakı səfirliyin binasında latın və kiril əlifbası ilə yazılar həkk olunub.

Həmçinin, binanın üç pəncərəsi sındırılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları məsələ ilə bağlı araşdırmalara başlayıblar.

Səfirliyə hücumda şübhəli bilinən 31 yaşlı kişi saxlanılıb.