Hakan Fidan: Türkiyə, ABŞ və Avropa Ukraynada atəşkəsi müzakirə edir
Türkiyə ABŞ və Avropa ölkələri ilə birlikdə Ukraynada mümkün atəşkəs məsələsini müzakirə edir.
meqale.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "TRT World" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ankara Ukrayna münaqişəsinin həllinə töhfə vermək üçün istənilən rolu oynamağa hazırdır.