Hamilə Rihanna sevgilisi ilə Barbadosda belə dincəlir - FOTO
Dünya şöhrətli pop ulduz Rihanna və repçi sevgilisi "A$AP Rocky" istirahət üçün Barbadosa yollanıblar.
meqale.com bizim.media-ya istinadən bildriir ki, repçi orada yeni klip çəkdirərkən 35 yaşlı hamilə sevgilisi isti günlərin dadını çıxarır.
Rihanna villasının yaxınlığında soyuq südlü kokteyl içərkən çəkilən fotolarını sosial şəbəkə hesabında paylaşıb.
Yuvarlaq qarnını göstərməyi sevən müğənni qara qısa köynək və düymələri açıq cins mini ətək geyinib. Pop kraliça başına həsirdən düzəldilən papaq qoysa da, ayaqqabı geyinməyib. Ayaqyalın ətrafı gəzib.
Xatırladaq ki, Rihanna bir müddən əvvəl "Spotify" musiqi axını xidmətində 10 mahnı ilə 1 milyard yayıma çatan ilk qadın sənətçi olub. Yeddi ildir ki, yeni albom çıxarmayan Rihanna "Və bu, yeni albom olmadan" şərhini yazıb.