Hava limanında yarım ton kokain ələ keçirildi - FOTO
Türkiyənin İstanbul Hava Limanında keçirilmiş əməliyyat zamanı külli miqdarda narkotik maddə aşkarlanıb.
meqale.com bildirir ki, bu barədə "Haber Global" telekanalı xəbər verib.
Türkiyə Ticarət Nazirliyinin müvafiq qurumlarının aeroportun yük sektorunda apardığı yoxlamada 455.2 kiloqram kokain ələ keçirilib.
Fakt üzrə araşdırma aparılır.