Həkimlər istidə çimərkən soyuq şok riski ilə bağlı xəbərdarlıq edir
Avropanın bir çox ölkələrini isti bürüyüb. Fransada bir sıra departamentlərdə narıncı - təhlükəli rejim elan edilib. Lionda bazar günü hava 38 dərəcəyə qədər istiləşib.
meqale.com oxuya istinadən bildirir ki, Almaniyada istilik 38, Polşada 30 dərəcəyə qalxıb. İtaliyada da istilər artıb. İspaniya və Portuqaliyada da yaxın günlərdə havanın temperaturunun 40 dərəcəni keçəcəyi proqnozlaşdırılıb.
Həkimlər günorta günəşində çölə çıxmamağa və bol su içməyə çağırırlar.