"Hələ də 73 girov var"
HƏMAS-ın əlində hələ də 73 girov var.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə İsrail Baş nazirinin müşaviri Dmitri Gendelman deyib.
"Razılaşmanın birinci mərhələsi çərçivəsində indiyədək 19 girov azad edilib və daha 14 girovun İsrailə qayıtması gözlənilir", - Gendelman bildirib.
O qeyd edib ki, İsrail bütün girovları evlərinə qaytarmaq üçün əlindən gələni etmək üçün mənəvi öhdəlik daşıyır.