HƏMASın azad etdiyi İsrailli əsir görün nələr danışdı :"Tam ehtiyacımız olduğu anda..." - FOTO

HƏMAS ilə İsrail arasındakı əsir mübadiləsinin üçüncü mərhələsində sərbəst buraxılan israilli əsir Agam Berger Hamasın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları tərəfindən ona və digər əsirlərə dini ayinlərini yerinə yetirmək və Pesah Bayramını qeyd etmək üçün "dua kitabı" verildiyini bildirib.

HƏMASın azad etdiyi İsrailli əsir görün nələr danışdı :
HƏMAS ilə İsrail arasındakı əsir mübadiləsinin üçüncü mərhələsində sərbəst buraxılan israilli əsir Agam Berger Hamasın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları tərəfindən ona və digər əsirlərə dini ayinlərini yerinə yetirmək və Pesah Bayramını qeyd etmək üçün "dua kitabı" verildiyini bildirib.

meqale.com xarici mediaya istinadla xəbər verir ki, Berger bu hədiyyənin onu təəccübləndirdiyini qeyd edib.

İsrailin Yediot Ahronot qəzetinə açıqlama verən Berger Qəzza zolağında əsirlikdə olduğu müddətdə HƏMASın onlara Siddur dua kitabı da daxil olmaqla müxtəlif əşyalar təqdim etdiyini deyib. "Necə olduğunu bilmirik, amma bizə dua kitabı və digər ləvazimatlar gətirdilər. Bu, sadəcə bir təsadüf deyildi, tam ehtiyacımız olduğu anda ortaya çıxdı" - deyə Berger vurğulayıb.

Berger əsirlikdə olarkən yəhudi bayramlarını izləyə bildiklərini, Pesah Bayramını qeyd etdiklərini də əlavə edib.Berger dindar əsirlərə hörmət göstərildiyini vurğulayaraq, Yom Kippur və Ester Orucunu tuta bildiyini, hətta bəzi hallarda Qəssam Briqadalarının Şabat öncəsi onlara şam verdiyini bildirib.

Qeyd edək ki, HƏMAS ilə İsrail arasında 19 yanvarda əldə olunan atəşkəs razılaşması çərçivəsində əsir mübadiləsi baş tutub. 30 yanvarda keçirilən üçüncü mərhələdə Agam Berger, 80 yaşlı Gadi Moses və 5 Tayland vətəndaşı sərbəst buraxılıb. Müqaviləyə əsasən, birinci mərhələdə 33 israilli əsirə qarşılıq 1900-dən çox fələstinli əsirin azad olunacağı gözlənilir.