Həmin təyyarənin sərnişinlərinə 30 min veriləcək
Kanadanın Toronto şəhərində baş verən təyyarə qəzasının ardından sərnişinlərə 30 min dollar məbləğində təzminat ödəniləcək.
meqale.com xarici mediaya istinadla bildirir ki, bu barədəABŞ-ın məşhur hava yolları şirkəti Delta məlumat verib.
Toronto Pearson Beynəlxalq Hava Limanında sərt eniş edən Delta 4819 reysli təyyarə, eniş zamanı çevrilərək tərsinə düşüb. Təyyarənin sağ qanadı qopsa da, göyərtədəki 80 nəfərin (76 sərnişin və 4 ekipaj üzvü) hamısı sağ qalıb.
Qəza nəticəsində 21 sərnişin xəstəxanaya yerləşdirilib, lakin onlardan yalnız biri müalicəsini davam etdirir. Digər sərnişinlər isə evə buraxılıb.
Qəzanın ardından Toronto Pearson Hava Limanında dağıntıların təmizlənməsi işləri artıq başlayıb və hava limanında uçuş əməliyyatları normal rejimdə davam edir.