"Hər 10 nəfərimizdən biri narkomandır" - Nazir müavini
Əfqanistanın narkotiklərlə mübarizə nazirinin müavini Əbdül Rəhman Qasemi ölkədə dörd milyon narkoman olduğunu və hər 10 vətəndaşdan birinin narkomaniyadan əziyyət çəkdiyini bildirib.
meqale.com-ın məlumatına görə, nazir müavini etiraf edib ki, narkomaniya Əfqanistan cəmiyyətində başqa ölkələrə nisbətən daha çox yayılıb:
"Bizim hər onda birimiz narkomandır. Ölkəmizdə dörd milyon narkoman var. Bir-birindən daha çox asılı olanlar var. Hər bir narkomanla yanaşı onun ailə üzvləri əziyyət çəkir".
"Əfqanıstanda milyonlarla insan hələ də narkotikdən istifadə edir" deyən Qasemi Kabildəki narkoloji reabilitasiya mərkəzindən danışıb. O bildirib ki, minlərlə narkoman müalicə olunur. Onun sözlərinə görə, son illər 100 mindən çox narkoman müalicə olunub və 95 faizi sağalıb.