"Hər ay yeni maşın alırdım, aya 25 min manat xərcləyirdim" - VİDEO
Narkotikdən əziyyət çəkən Fərid dünyaya milyonçu ailəsində gəlib.
meqale.com xəbər verir ki, artıq hər şeylərini itirən ailənin nümayəndəsi açıqlamaları ilə müzakirələrə səbəb olub.
"Gözümü açıb, milyon görmüşəm. Həyatda görmədiyim şeylər olmayıb. Hər ay yeni maşın ayağımın altında olurdu, aya 20-25 min manat pul xərcləyirdim. Kaş ki, kasıb oğlan olaydım. Dostlarım da elə olardı. Ehtiyac içində yaşayaydım.
Günümə şükür edərdim ki, yaşayıram, valideynlərim yanımdadır. Uşaq kimi hönkür-hönkür ağlamışam ki, mənim kimi qəlbli insan zərgər sənətkar həatını puç etdi".
Daha ətraflı vidematerialda: