Hindistanda avtobus qəzasında azı 18 nəfər öldü
Hindistanın Uttar-Pradeş ştatında sərnişin avtobusunun iştirakı ilə baş verən yol qəzasında azı 18 nəfər həlak olub.
meqale.com report-a istinadən xəbər verir ki, Dehliyə gedən avtobus Unnao rayonunda süd daşıyan maşına çırpılıb.
Ümumilikdə avtobusda 50 nəfər olub. Xəsarət alan 19 nəfər müxtəlif tibb müəssisələrinə yerləşdirilib.