"İblis" qayıdır
"Disney" kino şirkəti 326 milyon ABŞ dolları gəlir gətirən "The Devil Wears Prada" filminin davamı üzərində işə başlayıb.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə "Deadline" portalı öz mənbələrinə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, kult filmin davamı üzərində iş erkən mərhələdədir. Ssenarini yazmaq üçün orijinal filmin müəllifi Alin Broş Makkenna dəvət edilib.
Hazırda ilkin aktyor heyətindən kimin filmin davamı üzərində işə qayıdacağı məlum deyil.
Mətbuatın iddiasına görə, filmin rejissoru David Frankel yeni filmin çəkilişi ilə bağlı danışıqlar aparır.