“İndi Rusiya “hə-yox” deməlidir”

ABŞ administrasiyası Ukraynada atəşkəslə bağlı təklifi Rusiyaya çatdırmağı planlaşdırır və Moskvadan müsbət cavab alacağına ümid edir.

“İndi Rusiya “hə-yox” deməlidir”
ABŞ administrasiyası Ukraynada atəşkəslə bağlı təklifi Rusiyaya çatdırmağı planlaşdırır və Moskvadan müsbət cavab alacağına ümid edir.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanında Ukrayna nümayəndə heyəti ilə danışıqların yekunu üzrə danışan Dövlət katibi Marko Rubio deyib.

"Biz onlara deyəcəyik: Masada olan budur. Ukrayna atəşi dayandırmağa və danışıqlara başlamağa hazırdır və indi ruslar "hə" və ya "yox" deməli olacaqlar", - o bildirib.

Qeyd edək ki, bu gün Ciddədə baş tutan danışıqlarda Ukrayna ABŞ-nin 30 günlük dərhal atəşkəs təklifini qəbul edib.

meqale.com