"İndikilər adamların başına çıxırlar"

Müğənni Mətanət Əsədova şikayətini dilə gətirib.

Müğənni Mətanət Əsədova şikayətini dilə gətirib.

meqale.com xəbər verir ki, o, yeni nəsil sənətçiləri hədəf alıb. 

Onları böyüklərə hörmətsizlikdə ittiham edən Əsədova bunları deyib:

"Şou-biznesin indiki vəziyyətindən heç razı deyiləm. Böyük-kiçik yeri itirib. Özbaşınalıq baş alıb gedir. Bu, təqdimatdan asılıdır. Aparıcılar hər yoldan ötəni efirə çıxarmalı deyillər.

Biz indiyənə qədər böyük görəndə yanında icazəsiz oturmuruq, utana-utana çay içərik birgə. İndikilər adamların başına çıxır. Bu, nə deməkdir?!"